Ukraynada Nizami Gəncəvinin heykəli qoyulacaq
20:33 30 Oktyabr 2019
Ukraynanın ikinci böyük şəhəri olan Xarkov şəhərində Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır.
Azərbaycanın Ukraynadakı səfirliyindən Femida.az-a verilən məlumata görə, bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev
arasında keçirilən görüşdə əldə edilib.
Müzakirələr zamanı A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycana dair parkın açılmasına investisiyanın qoyulmasına hazırdır: “Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu birgə layihələr həyata keçirilir. Hər iki ölkənin regionları
arasında əməkdaşlıq daha da gücləndirilməlidir”.
G.Kernes öz növbəsində bildirib ki, Xarkov şəhərində metropolitenin yenilənməsi, yeni metro xətlərinin açılması, parkların salınmasında Azərbaycan şirkətlərinin iştirakında maraqlıdırlar: “Xarkovda infrastruktur layihələrin işində Azərbaycan şirkətlərini iştirak etməyə çağırıram. Biz bilirik ki,
Azərbaycanda uğurlu infrastruktur layihələr həyata keçirilir. Azərbaycan modelinin Xarkovda tətbiqində maraqlıyıq”.
Görüşdə azərbaycanlı tələbələrin Xarkovda təhsil məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular da müzakirə edilib.
Femida.az
Oxunub: 655
Oxşar xəbərlər
- Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin sayı açıqlanıb
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərin sayı açıqlanıb
- Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub
- Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq
- Ukraynada nə baş verir?
- Ukraynada ağır yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb
- Ukraynada 14 yaşlı ağırlıqqaldıran həlak olub