Çilidə iğtişaşlar başlayıb - İki beynəlxalq forum təxirə salındı


21:36     30 Oktyabr 2019 2019/10/95db9a468bb879_1572457170.jpg

Çili Prezidenti Sebastian Pinyera ölkəsində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin və BMT-nin İqlim dəyişikliyi üzrə forumunun (COP25) təxirə salındığını bəyan edib.

Femida.az-ın xəbərinə görə, bu barədə “24 Horas” telekanalı məlumat yayıb.

“Biz Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitinin və BMT-nin İqlim dəyişikliyi üzrə forumunun keçirilməsinin əhəmiyyətini başa düşürük. Bu, çox çətin qərardır”, - deyə Çili Prezidenti qeyd edib.

Çili hakimiyyətinin bu qərarı qəbul etməsinə bir neçə müddətdir davam edən iğtişaşlar səbəb olub. Ölkənin paytaxtı Santyaqo və bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, APEC sammiti 16-17 noyabr, BMT-nin İqlim dəyişikliyi üzrə forum isə 2-13 dekabr tarixlərində keçirilməli idi.

Femida.az

Açar sözlər:

Oxunub: 511