Pakistanda qatar yandı - 25 nəfər öldü


09:10     31 Oktyabr 2019 19_10_31_1572498727.jpg


Pakistanda sərnişin qatarında güclü yanğın olub.


Femida.az xəbər verir ki, bu barədə "Geo TV" Pakistanın dəmir yolu şirkətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 25 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. O, bildirib ki, qaz balonu yemək hazırlamaq üçün istifadə olunub. Digər məlumatlarda ölənlərin sayının 13 nəfər olduğu bildirilir.

Güclü alov qatarın 3 vaqonunu bürüyüb. Sərnişin qatarı Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edirmiş.

Femida.az

Açar sözlər: #Pakistan  

Oxunub: 524