ABŞ əl-Bağdadinin öldürülmə anının görüntülərini yaydı +VİDEO


10:04     31 Oktyabr 2019 19_10_31_1572501886.jpg

Pentaqon Suriyada keçirilmiş əməliyyat zamanı məhv edilən İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülmə anının videosunu yayımlayıb.

Femida.az bildirir ki, bu barədə “RİA Novosti” yazıb.

ABŞ-ın iddiasına görə, terrorçu videoda göstərilən balaca binada olub. Kadrlarda binaya hər iki tərəfdən insanların yaxınlaşdığı görünür.

“Bura biz obyekt görürük… harada ki, Bağdadi gizlənmişdi. Daha əvvəl qeyd etdiyim ki, bu təcrid olunmuş obyekt Suriyanın şimal-qərbində İdlib əyalətində yerləşirdi”, - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi deyib.

Generalın sözlərinə görə, DNT analizi tam dəqiqliyi ilə öldürülən şəxsin məhz əl-Bağdadi olduğunu təsdiqləyib. Pentaqon nümayəndəsi qeyd edib ki, İŞİD lideri özünü və iki uşağını partladıb. O, Əl-Bağdadinin cəsədinin dənizə atıldığını vurğulayıb.


Açar sözlər: #əl-Bağdadi  

Oxunub: 417