Səhiyyə Nazirliyi: Oktay Gülalıyevin müalicəsi reanimasiya şöbəsində davam edir


10:15     31 Oktyabr 2019 19_10_31_1572502562.jpg

Oktyabrın 29-da piyada keçidində avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin son durumu açıqlanıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, O. Gülalıyevin vəziyyəti hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir.

Qeyd edək ki, oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevi Bakının Nəsimi rayonunda yolu keçərkən avtomobil vurub. O, dünən əməliyyat olunub.

Açar sözlər:

Oxunub: 317