Pakistanda sərnişin qatarında yanğın olub, 62 nəfər ölüb


10:26     31 Oktyabr 2019 19_10_31_1572503129.jpg

Pakistanda sərnişin qatarında yanğın baş verib.


Femida.az -ın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Yanğın nəticəsində 62 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Yanğına qaz balonunun partlaması səbəb olub. Pakistan dəmiryol naziri Şeyx Rəşid Əhməd bildirib ki, yanğın Ravalpindiyə gedən sərnişin qatarının 3 vaqonunda qeydə alınıb.

Yanğın söndürülüb.


Açar sözlər: #Pakistan  

Oxunub: 602