Muxtar Babayev iş adamları ilə görüşdü
10:27 31 Oktyabr 2019
Oktyabrın 30-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri və palatada təmsil olunan iş adamları ilə görüşü keçirilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann görüşün məqsədi, müzakirə olunacaq məsələlər barədə məlumat verib.
Sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ətraf mühitin mühafizəsi, ekoturizmin inkişafı, mövcud ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən layihələr və nazirliyin qarşısında duran vəzifələrlə bağlı təqdimatla çıxış edib.
Görüşdə iştirak edən iş adamlarının fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Femida.az
Oxunub: 610
Oxşar xəbərlər
- Muxtar Babayevə yeni səlahiyyət verilib
- Muxtar Babayev Siyəzəndə vətəndaşları qəbul edib
- Muxtar Babayev azad olunan ərazilərdə görüləcək işlərdən danışdı
- Muxtar Babayevə yeni müavin təyin edildi
- Muxtar Babayev və müavinləri vətəndaşları qəbul edib
- Muxtar Babayev görüş keçirdi
- Muxtar Babayev Gəncədə qəbul keçirib
- Muxtar Babayev səfirlə görüşdü
- Son 30 il ərzində Azərbaycanda orta temperatur 1.4 dəfə artıb
- Muxtar Babayev səfirlə müzakirə apardı