Mehriban Əliyevanın tapşırığıyla Elçibəyin evi təmir edildi - FOTOLAR
10:56 31 Oktyabr 2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir olunub.
Femida.az-ın məlumatına görə, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb.
Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində, həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.
Ə. Elçibəyin oğlu Ərturqut Əliyev Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həllini tapdı və yaxın günlərdə təmir olunan evimizə yerləşəcəyik", - deyə Ə. Əliyev bildirib.
Femida.az
Oxunub: 982
Oxşar xəbərlər
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Mehriban Əliyeva Konstitusiya Günü ilə əlaqədar paylaşım edib
- Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Mehriban Əliyeva Ağalı kəndindən fotolar paylaşıb
- Mehriban Əliyeva Zəngilanın Ağalı kəndindən fotolar paylaşıb
- Mehriban Əliyeva Zəngilan səfərindən görüntü paylaşıb
- Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - VİDEO
- Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı paylaşım