Hesablama Palatası gələn ilin büdcə layihəsinə rəy verdi


11:03     31 Oktyabr 2019 hesablama%20palatas;.jpg

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Palatadan Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyləri ətraflı müzakirə olunaraq təsdiq edilib.

Kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsi tövsiyə olunub.

Kollegiya iclasında həyata keçirilmiş Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbiri üzrə Auditor Hesabatı da müzakirə olunub, Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatın göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

Femida.az

Açar sözlər: #Hesablama_Palatası  

Oxunub: 137