233 nəfər vəkilliyə imtahan verir - CANLI YAYIM


11:51     31 Oktyabr 2019 19_10_31_1572508369.jpg


Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir. Femida.az-ın məlumatına görə, imtahan Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada aparılır.


233 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunacaq ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərha sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin edilib.

İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə, qeyd olunmalıdır ki, imtahanda iştirak edən ən yaşlı namizəd 71, ən gənc isə 25 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 58%, Respublikanın digər regionları üzrə isə 42%-dir. Qeyd olunmalıdır ki, say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 11,2%-i xarici, 88,8%-i yerli ali təhsil müəssisələrində təhsil almışlar ki, bu siyahıda ilk yeri 51% ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımındaN 40 yaşadək olan namizədlər ümumi namizədlərin 62%-ni təşkil edir. Qadın namizədlər 18%, kişi namizədlər isə 82%-dir.

İmtahanın gedişatını aşağıdakı pəncərədən canlı olaraq izləyə bilərsiniz.



Femida.az

Açar sözlər: #vəkil   #imtahan  

Oxunub: 2437