Axtarışda olan 15 nəfər tutuldu - Krimxronika


12:08     31 Oktyabr 2019 1445850056_2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640.jpg

Ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin
olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxsqismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 354