Kütləvi iğtişaşlar xalqlara azadlıq yoxsa, fəlakət verdi – Tarix suala FOTOLARLA cavab verir


12:16     31 Oktyabr 2019 2019/10/iraq_protest_1_1572509934.jpg

Kütləvi iğtişaşlar, qarşıdurma ölkələrə həqiqətənmi azadlıq və xoşbəxtlik gətirir?



Femida.az bu sualın cavabını tapmaq məqsədi ilə yaxın zamanlarda bir neçə ölkələrdə baş vermiş qiyamların tarixçəsi və acı nəticəsi barədə araşdırma aparıb.

Tarixə “Ərəb baharı” adı ilə düşən tarixi proses bir çoxlarımızın gözü qarşısında başladı, alovlandı və bitdi. Bu alovlanmadan ərəb xalqlarına dağıdılmış şəhərlər, xarabalıqlar, atasız,anasız uşaqlar, əlsiz-qolsuz gənclər və s. acı xatirələr qaldı. Müəmmar Qəddafini, Hüsnü Mübarəki, Səddam Hüseyni devirməklə xalq nə əldə etdi?




2010-cu ilin dekabrından ilk qiyam Tunisdə başlamış və dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi ilə nəticələndi. Tunis İnqilabının nəticəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb oldu.





Qərbin diktəsi ilə baş tutmuş kütləvi iğtişaşlar heç də Qərbin dediyi kimi xalqlara azadlıq yox, faciələr gətirdi.
Ərəb inqilabından hələ əvvəl İraqın 5-ci Prezidenti Səddam Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam edildi. Təbii ki, bu İraq xalqının yox, Qərbin diktəsi ilə hakimiyyəti ələ keçirən İraq hökümətinin qərarı idi. Səddam Hüseyndən sonra İraq nələri əldə etdi?

Araşdırmalar bunu göstərir ki, zəngin neft ölkəsi olan İraq xarici dövlətlərin savaş meydanına, hərc-mərcliyin mərkəzinə çevrildi. Bütün bunlardan əziyyət çəkənsə İraq xalqı oldu.




(iraqda iğtişaşlar)

Dünən Səddam Hüseyni edam edənlər bu gün yenidən meydanlardadır. Bu gün, bu tarixdə İraqda yenidən iğtişaşlar, toqquşmalar baş verməkdədir. Rəsmi məlumata görə, toqquşmalar zamanı oktyabrın 1-dən bəri keçirilən etiraz aksiyalarında 100-dən çox adam ölüb, 6 min 107 nəfər yaralanıb. Aksiyalar zamanı 51 dövlət və özəl qurumun, o cümlədən 8 partiya binasına da od vurulub. Ölkədə hazırda internet, işıq problemi yaşanır. Və ən əsası sabitlik pozulub.





(Maydan hadisələrindən video)

Digər bir nümunə Ukraynada baş vermiş Maydan hadisələridir. 2013-cü il noyabrın 21-dən Kiyevin mərkəzinə pərakəndə yığılan sadə insanlar ölkənin Avropa Birliyi ilə Vilnüsdə assosiativ üzvlük və azad ticarət zonası barədə müqavilənin imzalamamasına etiraz edirdilər. 23 noyabr – ilk izdihamlı akasiya keçirilir. Kiyevin mərkəzinə 30 mindən 100 minə qədər insan toplaşır.






3 ay davam edən “Avromaydan” hərəkatı Ukrayna hakimiyyətinin devrilməsi və Avropayönlü siyasətçilərin hakimiyyətə gəlməsi ilə nəticələnir. Hərəkat müddətində 100-dən artıq insan həlak olur və minlərlə insan xəsarət alır.

Qarşıda Ukraynanı separatçı meylərin güclənməsi və daxili sosial durumun dərinləşməsi gözləyirdi...




(Ukraynada maydan hadisələrindən video)

Nümunə gətirdiyimiz hər iki ölkənin Azərbaycanla sıx siyasi, iqtisadi əlaqələri mövcuddur. Bu ölkələrin dünəni və bu günü də bizə məlumdur. Məhz bu ölkələrin vətəndaşları Azərbaycanın sabit, stabil ölkə olduğunu əsas gətirərək turist kimi bizim ölkəni seçir.

Bəs, bu mənzərəni gördükdən sonra bu suala cavab tapmağa çalışaq. Bizə kütləvi iğtişaş, sabitliyin pozulması, ata-anasız uşaqlar, əlil olmuş gənclik lazımdırmı?





Sonda fikirlərimi Benjamin Fraklin məşhur “Müharibənin yaxşısı, sülhün pisi yoxdur” ifadəsi ilə bitirirəm.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Mitinq   #İraq   #ukrayna   #Video   #xəbərlər  

Oxunub: 1757