Azərbaycanın qiymətli kağızlar bazarı kiçilib
12:28 31 Oktyabr 2019
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 12 071,5 milyon manatlıq əməliyyat aparılıb.
Femida.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır.
Son 1 ildə fond bazarında bağlanmış əqdlərin sayı isə 6,4% artaraq 4 397-yə çatıb.
9 ay ərzində qiymətli kağızlar bazarının 1 913,3 milyon manatlıq hissəsi korporativ, 9 315,3 milyon manatlıq hissəsi dövlət, 842,9 milyon manatlıq hissəsi isə repo/əks-repo bazarının payına düşüb. Bu, illik müqayisədə 0,9% çox, 3,4% az və 54,5% çoxdur.
Hesabat dövründə 3 seqment üzrə bağlanmış əqdlərin sayı isə müvafiq olaraq 2 369, 1 604 və 424 olub. Bu isə 1 il əvvələ nisbətən 7,5% az, 26,2% çox və 42,3% çoxdur. / Report
Femida.az
Oxunub: 335
Oxşar xəbərlər
- Azərbaycanda qiymətli metallar və qiymətli daşlara dair dövlət standartları təsdiq edilib
- Dünya Bankı: “Azərbaycan əhalisi ölkənin ən qiymətli resursudur”
- DİN: Avtomobili park edəndə salonda qiymətli əşyalar saxlamayın
- 100 milyon manatlıq dövlət qiymətli kağızları buraxılacaq
- Qiymətli kağızlar bazarı 2,4 dəfə artıb
- Milli Məclisin iki iclası olacaq - Vaxtı bilindi
- Azərbaycan qiymətli metaldan 121 mln. manat qazanıb
- Azərbaycanda körpələrə qiymətli metal adı qoyuldu - SİYAHI
- Azərbaycanda qiymətli kağızları buraxılacaq
- Qiymətli metallar ucuzlaşıb