Biləsuvarda evdən 9 min manat oğurlanıb


13:05     31 Oktyabr 2019 ogurluq.jpg

Biləsuvarda oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Murtuzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #Polis  

Oxunub: 379