Paytaxtda sənaye istehsalı artıb


13:23     31 Oktyabr 2019 senaye%20mehsulu%20istehsali.jpg

Bu ilin yanvar-sentyabr aylarında Bakı üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 29,6 mlrd. manat təşkil edib.


Bakı Statistika İdarəsindən Femida.az-a verilən məlumata görə, sənaye məhsulunun 80,3% mədənçıxarma, 17,7% emal, 1,4% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata əsasən, ötən dövr sənayedə qeyri-dövlət sektorunun payı 83,7% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-i vəziyyətinə 273,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 66 mln. manat məbləğində digər məhsullar da mövcud olub, məlumatda bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 378