Bakı üzrə ticarət dövriyyəsi artıb
14:14 31 Oktyabr 2019
Bu ilin yanvar-sentyabr aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,4% artaraq 15 019,9 mln. manat olub.
Bakı Statistika İdarəsindən Femida.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 6 859,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 8 160,1 mln. manata bərabər olmuşdur.
Məlumata əsasən, istehlak məhsullarının 28,6% hüquqi şəxs statuslu müəssisələrdə, 47,3% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1% isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Femida.az
Oxunub: 372
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR