Ağstafa sakini əmisini və daha bir nəfəri güllələyib


14:54     31 Oktyabr 2019 gulleleyib.jpg

Ağstafada silahlı insident olub.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Köçəsgər kəndinə qeydə alınıb. Kənd sakinləri,1968-ci il təvəlüdlü Qabil Məmmədov və onun həmkəndlisi, 1959-cu il təvəllüdlü Yufis Ələcov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxandan yaralıların vəziyyətinin normal olduğu bildirilib.

Hadisənin torpaq üstündə Q.Məmmədovun qardaşı oğlu tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ağstafada silahlı insidenti törədən şəxsin kimliyi müəyyənləşib.

Bu, 1989-cu il təvəllüdlü Sərxan Məmmədovdur. Onun saxlanılması istiqamətində tədbirlər görülür.

Açar sözlər:

Oxunub: 382