Erməni əsgər anası müstəntiqin üzərinə su tökdü - ETİRAZ


16:15     31 Oktyabr 2019 2019/10/ermeniii_1572524447.jpg

Ermənistan ordusunda müxtəlif illərdə sülh şəraitində ölmüş hərbi qulluqçuların valideynləri, həmçinin 2017-ci il yanvarın 29-da Vazgen Sarkisyan adına Hərbi İnstitutun kursantı Haykaz Barseğyanın atası Ermənistan parlamentində keçirilən iclasa qatılıb.


Femida.az Ordu.az-a istinadən xəbər verir ki, az öncə Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasında ölmüş hərbi qulluqçuların yaxınları ilə komissiya sədri, "Çiçəklənən Ermənistan" fraksiyasnın deputatı Naira Zöhrabyan, parlamentin digər deputatları və cəzaçəkmə müəssisəsinin nümayəndələrinin görüşü baş tutub.

Görüşdə ölmüş hərbi qulluqçuların işləri ilə məşğul olan müstəntiqlər, qeyd edilən komissiyanın digər üzləri və ölmüş hərbi qulluqçuların yaxınları arasında mübahisə baş verib. Valideynlər övladlarının ölüm işi üzrə aparılan istintaq tempindən narazı olduqlarını bildirib və müstəntiqləri ittiham ediblər.

Onlar qeyd ediblər ki, iş sona qədər açıqlanmır. Müstəntiqlər isə qeyd ediblər ki, bu şəraitdə müzakirə aparmaq mümkün deyil.

"Biz istəyirik ki, bu komissiya platforma olsun. İstəmirəm ki, siz küçəyə çıxasınız, prezident iqamətgahına və ya başqa yerə gedəsiniz. Gəlin onları da dinləyək. Biz sizi başa düşürük", - deyə iclasa sədrlik edən Naira Zöhrabyan bildirib.

O, valideynlərin müstəntiqlərdən birinin üzərinə su tökməsini qəbuledilməz hesab edib.

Xatırladaq ki, 2017-ci il yanvarın 29-da hərbi institutun kursantı Haykaz Barseğyan səhər saatlarında institutun idman meydançasında "turnik"dən asılı vəziyyətdə tapılıb. Onun ölümünə görə 4 hərbi qulluqçu Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryan ittiham olunur.

Qeyd edək ki, Ermənistanda qara geyimli analar adlandırılan erməni əsgər valideynləri müxtəlif illərdə sülh şəraitində ölmüş övladlarının ölüm hadisələrinin ədalətli istintaqını tələb edirlər.

Femida.az

Açar sözlər: #Ermənistan   #Ordu  

Oxunub: 748