Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 10-a çatıb
16:49 31 Oktyabr 2019
Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb.
Femida.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
O bildirib ki, bunlar Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasıdır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Femida.az
Oxunub: 566
Oxşar xəbərlər
- Hesablama Palatası MSK-da pozuntular aşkarlayıb
- Gürcüstanda seçici fəallığı 33,18% olub - MSK
- Gürcüstan MSK-nın sədri istefa verdi
- Ermənistan MSK Köçəryan və Sərkisyanın müraciətini rədd edib
- MSK-ya sədr, sədr müavini seçilib
- Bu gün MSK-nın iclası keçiriləcək, sədr məlum olacaq
- MSK-nın yeni tərkibinin üzvlüyünə namizədlər - SİYAHI
- MSK-nın tərkibi yenidən formalaşdırılır
- MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum olub
- MSK-ya yeni sədr seçildi - Naxçıvanda