BNA Sabunçuda 2 avtobusun qəza törətməsi barədə məlumat yaydı


17:00     31 Oktyabr 2019 bna5.jpg

Bakı Nəqliyyat Agentliyi Sabunçu rayonunda iki marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb.


Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Femida.az-a açıqlamasında bildirib ki, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 Dövlət Qeydiyyat Nişanlı) avtobus "Azland Plaza" MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub. Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb.

Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 429