Qazıntı işlər zamanı kəmər zədələndi - Qaz kəsildi


17:10     31 Oktyabr 2019 2019/10/798651_1572527297.jpg

Zərdab rayonunun Çallı və Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində polietilen yeraltı orta təzyiqli qaz kəmərini qazıntı aparan təşkilatın texnikası ilə zədələyiblər.


Bu barədə Femida.az Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir.

Bu səbəbdən 246 abonentin qaz təchizatında fasilə yaranıb.

Femida.az

Açar sözlər: #Qaz  

Oxunub: 381