Fuad Qəhrəmanlı məhkəmədən qaçır? - Boşanma prosesi dördüncü dəfə təxirə salındı


17:09     31 Oktyabr 2019 19_10_31_1572527366.jpg


31 oktyabrda Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.


Femida.az xəbər verir ki, nə iddiaçı, nə cavabdeh, nə də tərəflərin vəkilləri məhkəməyə gəlməyib. Hakim Elman Məmmədov prosesi 7 noyabr tarixinə təxirə salıb.

Qeyd edək ki, Qəhrəmanlı Zümrüd İsrafil qızı cari il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb.

Fuad Qəhrəmanlı proseslərin heç birinə gəlməyib. Zümrüd Yağmur isə təkcə hazırlıq iclası və ilk məhkəmə prosesində vəkili Zibeydə Sadıqova tərəfindən təmsil olunub. Son üç prosesdə isə ümumiyyətlə tərəflərdən heç biri və vəkilləri məhkəməyə gəlməyib.

Məsələ ilə bağlı vəkil Z.Sadıqova ilə əlaqə yaratmağa çalışsaq da, zəngimizə cavab verməyib.

Femida.az

Açar sözlər: #məhkəmə   #Fuad_Qəhrəmanlı   #Zümrüd_Yağmur   #müxalifət   #AXCP  

Oxunub: 1119