Rusiyada kişi uşaq bağçasında 6 yaşlı uşağı öldürüb


18:42     31 Oktyabr 2019 19_10_31_1572528246.jpg

Rusiyanın Naryan-Mar şəhərində uşaq bağçasında qətl törədilib.


Femida.az -ın TASS-a istinadən verdiyi məlumata görə, sərxoş kişi uşaq bağçasına soxularaq 6 yaşlı uşağı bıçaqla öldürüb.

Qətli törədən şəxs hadisə yerində tutulub. Saxlanılan şəxs 36 yaşlı yerli sakindir.

Faktla bağlı cinayət işi başlanıb.

Qətlin motivləri hələlik məlum deyil, araşdırma gedir.

Açar sözlər:

Oxunub: 576