Ərdoğan: Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib


17:30     31 Oktyabr 2019 erdogan.jpg

Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib.


Femida.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri Georgi Qaxariya ilə birgə mətbuat konfransında deyib.

R.T.Ərdoğan bildirib ki, Trans-Anadolu qaz kəməri (TANAP), Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələr regionda ən vacib enerji layihələrindəndir.

O, əlavə edib ki, vacib layihələrdən biri həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 410