Müsavatdan Əli Kərimliyə mitinqlə bağlı SƏRT İRAD
20:13 31 Oktyabr 2019
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənlinin MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini müsavatçılar dəstəkləyir.
Femida.az-ın xəbərinə görə, Müsavat Partiyası başqanlığına sabiq namizəd Yadigar Sadıqlı razılaşdırılmamış aksiyanın təxirə salınmasını doğru addım saydığını bildirib.
“Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”, - deyə, Y.Sadıqlı əlavə edib.
Xatırladaq ki, Milli Şura sədri Cəmil Həsənli MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınmasını təklif edib. C.Həsənli razılaşdırılmamış aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Şurası və AXCP-nin təcili müzakirə aparmalı olduğunu vurğulayıb. Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.
Femida.az
Oxunub: 827
Oxşar xəbərlər
- İrəvanda Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək mitinqi keçirilir
- İrəvanda mitinq keçirilib, saxlanılanlar var
- Hondurasda mitinq zamanı mer güllələnərək öldürülüb
- İrəvanda Köçəryanın Paşinyan əleyhinə mitinqi başlayıb
- Ermənistan müxalifəti tətil elan etdi - Bu gün kütləvi mitinq keçiriləcək
- Ermənistanda Paşinyanın istefası tələbi ilə mitinqlər keçirilib, saxlanılanlar var
- İrəvanda mitinq başlayıb
- Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır
- Antalyada Qarabağ mitinqi - Fotolar
- İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib