Azərbaycanlı hakim yeni uğura imza atıb


20:52     31 Oktyabr 2019

Azərbaycanın kikboksinq üzrə hakimi Aydın Ağabəyov yeni uğura imza atıb.

Azərbaycan Kikboksinq Federasiyasından Femida.az-a verilən məlumata görə, A.Ağabəyovun beynəlxalq hakimlik dərəcəsi artırılıb. Mütəxəssis buna Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatını zamanı nail olub.

WAKO - Dünya Kikboksinq Təşkilatları Birliyinin baş hakimi Yuri Laxtikov A.Ağabəyova C klass hakimlik dərəcəsini təqdim edib.

A.Ağabəyov dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib: “Bu yolda mənə dəstək olan, başda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev olmaqla hamıya minnətdarlığımı bildirirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün bundan sonra da bütün bacarığımdan səylə istifadə edəcəyəm”.


Femida.az

Açar sözlər:

Oxunub: 548