Şabranda yol qəzası - Ölən və yaralanan var


20:39     31 Oktyabr 2019 19_10_31_1572535256.jpg

Şabran rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Gəndab-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili ilə "Hyundai" markalı yük maşını toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1982-ci il təvəllüdlü Vasif İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı Könül İsmayılova isə hadisə yerində ölüb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 596