Rüşvətə görə həbs edilən keçmiş vəkil azadlığa buraxılıb
09:31 01 Noyabr 2019
Rüşvət verməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən keçmiş vəkil Əliabbas Rüstəmov azadlığa çıxıb.
Femida.az -ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə sabiq vəkilin çəkilməmiş cəzası şərti cəza ilə əvəzlənib.
O məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, 2014-cü ilin iyun ayının 30-da Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, “Yasavul” MMC-nin direktoru olan keçmiş vəkil Ə. Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Ə. Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb. Baxış zamanı Ə. Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb. O, CM-nin 312.2-ci (rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə onun cəzasından 1 il çıxıb və barəsində qəti olaraq 6 il müddətə azadlıqdan məhrum edilmə cəzası saxlanılıb. Xatırladaq ki, Ə. Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.
Oxunub: 656
Oxşar xəbərlər
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib
- Rüşvətə görə həbs edilən məmurlar apellyasiya şikayəti verib
- Rüşvətə görə işdən çıxarılan vəzifəli şəxs məhkəməyə müraciət etdi
- Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
- Rüşvətə görə həbs edilən vəzifəlilərin məhkəməsi başlayır
- Rüşvətə görə həbs edilən keçmiş hakimdən YENİ XƏBƏR
- Rüşvətə görə tutulan icra başçıları bu maddələrlə ittiham olunur
- Rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşından xəbər var
- Rüşvətə görə həbs edilən məhkəmə hakiminə hökm oxundu
- Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib