Bakıya gəlmək istəyən kənd sakinlərinə ŞAD XƏBƏR
10:14 01 Noyabr 2019
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və "Azərpoçt" MMC tərəfindən sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihə təqdim edilib.
Femida.az-ın DANX-a istinadən verdiyi məlumata görə, artıq kənd sakinləri paytaxt Bakıya səfər etmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinə gələrək bilet əldə etməklə yanaşı, yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq bilet əldə edə biləcəklər. Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinin operatoru ilə əlaqə saxlanaraq səfərin günü və saatı müəyyən edildikdən sonra sərnişin biletini əldə edə biləcək. Göstərilən xidmət "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə icra olunur.
Layihənin respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair müvafiq işlərə artıq start verilib. Layihə vahid bilet sisteminə keçid prosesinin sürətləndirilməsinə də öz töhfəsini verəcək.
Femida.az
Oxunub: 2068
Oxşar xəbərlər
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Rusiyadan qayıdan kişi müəllim arvadını niyə öldürdü? - Zaqataladakı cinayətin təfərrüatı
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub