İlham Əliyev: “Heç kim cəzasız qalmayacaq...”


21:16     20 May 2015 showpic_el100%20(2).jpg

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün səhər yanğın baş verən ərazidə olub.


Femida.az xəbər verir ki, daha sonra yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.

Prezident hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib:

"Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir. Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək".


Açar sözlər:

Oxunub: 648