Xınalıq və Şahdağda qar yağıb - FAKTİKİ HAVA
11:05 01 Noyabr 2019
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, oktyabrın 31-i gündüzdən ölkə ərazisində hava şəraiti dəyişib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub, Xınalıq və Şahdağda qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 49, (aylıq normanın 20 faizi), Sarıbaşda (Qax) 38, Zaqatalada 25 (aylıq normanın 25 faizi), Bakıda 17 (aylıq normanın 60 faizi), Qazıməmməddə 16 (aylıq nomranın 52 faizi), Zabratda 14 (aylıq normanın 50 faizi), Binədə 12 (aylıq normanın 43 faizi), Pirallahıda 10 (aylıq normanın 42 faizi), Balakəndə 10, Xaçmaz, Qubada 9, Maştağada 8, Sumqayıtda 4, Ağsu, Şabranda 6, Qəbələ, İsmayıllıda 4, Altıağac, Mərəzədə 3, Sabirabad, Şamaxı, Kürdəmir, Qusar, Qırızda 2, Xaltan, Oğuz, Naftalan, Xınalıq,Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Yardımlıda 1 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 1 sm olub.
Hazırda Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib və bu da iqlim norması daxilindədir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit , küləkli və yağıntılı hava şəraiti noyabrın 4-ü gündüzədək davam edəcək .
Femida.az
Oxunub: 960
Oxşar xəbərlər
- Ekologiya və təbii sərvətlər naziri beynəlxalq ictimaiyyətə çağırış edib
- Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif edib - SİYAHI
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Qarabağ üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib
- İşğalçılar Qarabağda ekologiyaya ziyan vuran obyektlər inşa ediblər - RƏSMİ
- Sumqayıtda ekologiyanı pozan şirkət 8000 manatadək cərimələnəcək
- Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub
- DYP-nin “Ekologiya postu" sökülür
- Muxtar Babayev və müavinləri vətəndaşları qəbul edib