Peşə liseyinin yanında dava - 17 yaşlı gənc BIÇAQLANDI


11:35     01 Noyabr 2019 bicaqladi7.jpg

Bakıda 17 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisə oktyabrın 31-də paytaxtın Binəqədi rayon, Dərnəgül qəsəbəsi, 9 saylı peşə liseyinin yanında baş verib.

Belə ki, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü İlkin Əlyarov istintaqa məlum olmayan şəxslə aralarında yaranan mübahisə zəmində qarın nahiyəsindən bıçaqlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.(Report)

Femida.az

Açar sözlər: #Binəqədi   #Bıçaqlanma  

Oxunub: 698