Əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq veriləcək
11:39 01 Noyabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsini hazırlayıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, layihədə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına yeni 23 növ reabilitasiya vasitəsi də əlavə edilib.
Belə ki, tibbi göstəriş olduğu halda əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq (motorlu araba) verilməsi də nəzərdə tutulub. Bununla bağlı həmin şəxslərə mühərrikli təkərli oturacağın idarə edilməsi bacarıqlarına yiyələnmələri üçün Nazirlik tərəfindən əvvəlcədən təlimlər təşkil ediləcək. Yeni layihədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı xüsusi fərqlənməklə sağlamlıq imkanlarını itirmiş (döyüş zamanı yaralanıb ətrafını itirmiş) əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi nəzərdə tutulur.
Reabilitasiya vasitələri sırasına əlavə edilməsi nəzərdə tutulan vasitələrin sırasına yataq xəstələri üçün çarpayı, səs, göz, diş protezləri, “danışan kitab” və s. daxildir.
Oxunub: 827
Oxşar xəbərlər
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Hərbçilərə mərmi apararkən minomyotla vurdular: İNDİ ƏLİLLİK ALA BİLMİR
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda kütləvi dava olub, biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Daha 50 Vətən müharibəsi əlilinə avtomobil verilib
- Agentlik sədri: "Bu il 30 min şəxsə əlillik təyin olunub"
- Cəlilabadda yanğın başlayıb