Fuad Qəhrəmanlı həbs edildi


12:05     01 Noyabr 2019 2019/10/fuad-qehre_1571316533.png

Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Fuad Qəhrəmanlı həbs edilib.


Hüquq-mühafizə orqanlarından Femida.az-a verilən məlumata görə, F.Qəhrəmanlı oktyabrın 31-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xırda xuliqanlıqda təqsirləndirilən AXCP funksioneri Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib.

Femida.az

Açar sözlər: #AXCP   #Həbs   #Məhkəmə  

Oxunub: 1061