Kərimlinin Həsənli ilə baş tutan şousu: Mitinqin təxir qərarını kim verib?


12:07     01 Noyabr 2019 2019/11/1519293230_kerim_1572595989.jpg


Müxalifətin günlərlə anons etdiyi mitinq oyunu dünən gecə gözlənilmədən təxirə salındı. Mitinqin təxirə salınması qərarının verilməsi prosesi Əli Kərimlini bir daha yandırdı. O, mitinqin ləğv edilməsini əvvəlcə özü yox, hazırda ABŞ-da olan Cəmil Həsənlinin dili ilə dedirtdi.


Əslində bu Əli Kərimlinin bir daha qorxaq olduğunu və heç bir sosial bazaya malik olmayan bir partiya sədri olduğunu göstərdi.

Çünki "Milli Şura"nın planlaşdırdığı növbəti mitinqdən imtina etməsi, bütövlükdə, bu quruma dəstək verənlər üçün də gözlənilməz olub. Hətta sosial şəbəkələrdə Ə.Kərimlini qorxaqlıqda belə ittiham etməkdən çəkinmirlər. Əli Kərimli bu dəfə də insanları aldatdı. O, guya mitinq günü hər hansı təxribatın olacağını əvvəlcədən bilərək bu addımın atıldığını açıqladı. Görəsən, Ə.Kərimli dediyinə özünü inandıra bilibmi?

Ə.Kərimli niyə bu qərarı Cəmil Həsənlinin dili ilə dedi?

Mitinqin ləğv olunması qərarı elə Əli Kərimlinin özünə məxsus olub. Amma o, guya öz imicini qorumaq məqsədi ilə bu dəfə də qurban kimi Cəmil Həsənlidən istifadə etdi. Əslində burada hər şey ortalıqdadır. Əli Kərimliyə aksiya sifariş verənlər onu qəfildən ləğv edib.
Düşdüyü vəziyyətdən çıxmaq üçün, qorxudan yalan danışan Ə.Kərilmi ciddi sarsıntı keçirir. C.Həsənli isə haradasa onun quyruğu qismində sağa-sola bulanır.

Bu bir daha göstərdi ki, Əli Kərimlinin peşəsi siyasətlə məşğul olmaq yox, feysbukda boş-boş status yazmaq və mitinqlərdə çıxıb klounluq etməkdən ibarətdir. 20 ildir hakimiyyət uğrunda "mübarizə" aparan, öz liderini zəhərləməkdə ittiham olunan AXCP sədri Əli Kərimlinin əsl siması günbəgün üzə çıxır.

P.S. Dünən Qənimət Zahidin proqramında qaranəfəs çıxış edən Əli Kərimlinin başı diqqətimi cəlb edir. Əli Kərimlinin özünün dediyi kimi başına qoyulmuş yeddi tikiş hara yoxa çıxıb?... Heç onun alnında bir cızıq belə yoxdur. Yuxarıda dediyim kimi Əli Kərimlinin yeri siyasət yox, məhz klounluqdur. O, kimə və haraya necə oynadığını yaxşı dərk edir.


Miri Məcidli
Femida.az

Açar sözlər: #Əli_Kərimli   #Cəmil_Həsənli  

Oxunub: 2581