Ağdaş və Qobustan sakinlərindən silah götürülüb


12:38     01 Noyabr 2019 19_11_01_1572597514.jpg

Ağdaş və Qobustdan sakinlərindən qanunsuz silah aşkarlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Ləki kənd sakini T.Abdullayevdən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərəbşalbaş kənd sakini Ə.Şahvələdovdan müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 483