“16 yaşlı qızın hamilə olması ictimailəşməlidir” - Komitə rəsmisi


13:45     01 Noyabr 2019 19_11_01_1572601658.jpg


"16 yaşlı yeniyetmə qızın 5 aylıq hamilə olması barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən yerli icra hakimiyyətinə məktub göndərilib. Lakin hadisə barədə bizə hələ məlumat verilməyib".


Femida.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. O bildirib ki, yeniyetmə qızla bağlı məlumat daxil olduqdan sonra komitə rəsmi reaksiya verəcək.

"Azyaşlı qızlar və yetkinlik yaşına çatmayan oğlanlarla mətbuatda informasiyalar gedəndə komitə dərhal reaksiya verir və araşdırmalara başlayır. Şəkidə 16 yaşlı qızın hamilə olması barədə yerli icra hakimiyyətinə məktub göndərilib. Onlardan hansı məlumatın veriləcəyini gözləyirik. Buna uyğun olaraq komitə reaksiya verəcək".

S.Qəhramanovanın gözlərinə görə, belə hadisələr ictimailəşməlidir ki, təkrar olunmasın və insanlar buna necə reaksiya veriləcəyini bilsinlər.

"Yeniyetmə qızın erkən yaşda ərə verilməsinin səbəbləri araşdırılandan sonra günahkarlar qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır".

Qeyd edək ki, oktyabrın 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib. Xəstəxanada müayinə zamanı qızın beş aylıq hamilə olduğu müəyyən edilib və bu barədə Şəki Şəhər Polis Şöbəsinə məlumat verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 691