Mərkəzi Bank 100 milyon manat cəlb edir


14:13     01 Noyabr 2019 merkezi%20bank%20femida.png

Noyabrın 4-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən Femida.az -a verilən məlumata görə, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-7,74 faiz təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 515