Oktay Gülalıyev Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb


14:50     01 Noyabr 2019 2019/10/oqtay_1572425949.jpg

Hüquq müdafiəçisi Oktay Gülalıyevin ailə üzvləri onun Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülməsini xahiş ediblər.

Bu barədə Femida.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, City Hospitalda cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan ailə üzvləri O.Gülalıyevin onların nəzarəti altında olmasını istəyiblər.

"Bu səbəbdən saat 14.35-də Oktay Gülalıyev City Hospitaldan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır".

Femida.az

Açar sözlər:

Oxunub: 512