Yağmurlu havanın gətirdiyi payız xəstəlikləri


15:21     01 Noyabr 2019 19_11_01_1572607285.jpg

Dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına və immun sistemin zəifləməsinə səbəb olur. Bu hal insanda olan xroniki xəstəliklər kəskinləşməsinə gətirib çıxarır.


Femida.az sizə kəskinləşən xroniki xəstəliklər haqqında məlumatı təqdim edir:

Ürək-damar sistemi xəstəlikləri
Payızda arterial təzyiqə, düzgün qidalanmaya, güclü fiziki və emosional gərginliklərdən uzaq olmağa fikir vermək lazımdır.

Tənəffüs sistemi xəstəlikləri

Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir.

Həzm sistemi xəstəlikləri

Payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır.

Artrit və artroz

Soyuq havalarda oynaqda ağrı, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Profilaktika məqsədi ilə daha isti geyinmək, tamdəyərli qidalanmaq, C vitamini qəbul etmək lazımdır.

Psixoloji pozulmalar

Payız aylarında insanlar depressiya və stressə meyilli olur. Bu halların profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq lazımdır.

Açar sözlər:

Oxunub: 518


Oxşar xəbərlər