Bank qazinin evinə həbs qoydu, Mehriban Əliyeva dərhal geri qaytardı
15:47 01 Noyabr 2019
2014-cü ildə "Xalq Bank”dan aldığı krediti ödəyə bilməməsi səbəbindən dövlət tərəfindən verilən evinə həbs qoyulan Qarabağ qazisi Qurban Qurbanovun evini Birinci vitse-prezident Mehriban Əliyeva geri qaytarıb.
Femida.az xəbər verir ki, bu barədə məlumatı şairə-yazar Səbinə Yusif qeyd edib. O bildirib ki, Mehriban Əliyeva Qarabağ qazisinin problemini tez bir zamanda aradan qaldırıb.
"Səsimizə Birinci vitse-prezident Mehriban Əliyeva səs verdi. Heydər Əliyev Fondu Qarabağ qazisi Qurban Qurbanovun evini geri qaytardı. Hörmətli Prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban Əliyeva, sizə Qarabağ qaziləri adından, qazaxlılar adından dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, ikinci qrup əlil olan Qarabağ qazisi Qurban Qurbanov həyat yoldaşının və oğlunun xəstəliyi səbəbindən 2014-cü ilin oktyabrında dövlət tərəfindən ona verilən evi girov qoyaraq, "Xalq Bank” 13 min manat kredit götürüb. Lakin o, bir müddət sonra kreditin 5 min manatını ödəyə bilmədiyi üçün evinin üzərinə həbs qoyulub.
Oxunub: 708
Oxşar xəbərlər
- Bankın departament direktoruna qarşı dələduzluq edən şəxsə hökm oxunub
- Bank kartlarından pul oğurlayan “Arsenics” saxlanılıb - VİDEO
- Bank kartlarının nömrələrini istəyənlər tutuldu
- Bank təmsilçiliyi və uşaqların xaricə aparılması üçün etibarnaməni MOBİL TELEFONLA VERMƏK MÜMKÜN OLDU
- Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
- Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək
- Bankirin oğlunun ölümü ilə bağlı cinayət işi başlanıb
- Banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
- Bank əməkdaşı iş yerindən 62 min manat mənimsədi
- Bankın keçmiş filial rəhbərinin cinayət işi yenidən araşdırlacaq