“Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir” - Samir Nuriyev


16:12     01 Noyabr 2019 2019/11/PA-re-1572610134_1572610428.jpg

“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib”

Femida.az xəbər verir ki, bunu Prezident Administrasiyasının yeni rəhbəri Samir Nuriyev özünün "Facebook" səhifəsində yazıb.

PA rəhbəri qeyd edib: "Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".

Femida.az

Açar sözlər:

Oxunub: 275