Türkiyədə yol qəzasında 30 nəfər xəsarət alıb


18:23     01 Noyabr 2019 19_11_01_1572611816.jpg

Türkiyədə 30 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az -ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası paytaxt Ankarada qeydə alınıb.

Ankaranın Çankaya bələdiyyəsinə məxsus xidməti avtobus yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.

Açar sözlər:

Oxunub: 458