Daha bir kənddə su sistemi qurulur
18:36 01 Noyabr 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qobustan rayonunun kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, bu tədbirlər çərçivəsində rayonun Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.
Sündü kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Kənddə əhali tərəfindən çəkilmiş su xətləri istismar tələblərinə cavab vermirdi. Kəndin yeni yaşayış massivində isə sakinlər su içməli suya olan tələbatlarını uzaq məsəfələrdən daşımaqla ödəyirdilər.
Sündü kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində Sündü kəndinin yeni yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yaradılır. Layihəyə əsasən, sakinlərə içməli su kəndin yaxınlığındakı mövcud bulaqlardan veriləcək.
Bu məqsədlə su mənbəyində yeni nasos quraşdırılacaq, 50 kubmetr tutumlu toplayıcı su anbarı və 3,5 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri təmir ediləcək. Mənbədən götürülən su kəndin relyef baxımından yüksək hissəsində yerləşən və hər birinin tutumu 50 kubmetr olan 2 su anbarına vurularaq özüaxımlı rejimdə yeni tikilmiş şəbəkəyə
paylanacaq. Layihə çərçivəsində kənddə ümumi uzunluğu 5,7 km olan magistral və paylayıcı su xətləri inşa edilir. Yeni şəbəkədən 150 fərdi evə birləşmə verilərək sayğac quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Yeni layihənin icrasından kəndin 1000-dək sakini faydalanacaq.
Qeyd edək ki, bu yaxınlarda Qobustan rayonunun daha 3 kəndində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirilib. Rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarı, ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkələri inşa edilib. Yeni şəbəkələrdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılıb. Bununla da 4 minədək sakinin içməli su problemi həll edilib.
Oxunub: 456
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb