Əli Kərimli sabiq müavini tərəfindən sərt tənqid olundu


17:32     01 Noyabr 2019 19_11_01_1572615099.jpg


"Siyasi partiyaları inkişafdan saxlayan əsas amil sistem deyil. Kollegial idarəetməni tələb və təşkil edə bilməyən sıravi üzvlərdir. Onlar "lider, lider" qışqırmaqla korlayıb işləri. Özləri də çaşıblar. Nəyi və necə istədiyini ifadə edə bilməyənlər bu gün təriflədiyi fərdi sabah söyür".


Femida.az-ın məlumatına görə, bunu AXCP sədrinin sabiq müavini Sahib Kərimli özünün "Facebook" səhifəsində yazıb.

AXCP sədri Əli Kərimlinin noyabrın 2-nə təyin etdiyi mitinqi ləğv etməsindən danışan S.Kərimli deyib ki, bu o deməkdir ki, onların arasında güvənsizlik, inamsızlıq, lidersizlik var.

Femida.az

Açar sözlər:

Oxunub: 500