Qarabağ əlili Mehriban Əliyevaya təşəkkür etdi - Kredit problemini həll etiyi üçün
17:54 01 Noyabr 2019
"Mehriban xanıma həm öz adımdan, həm də Qarabağ müharibəsi əlilləri adından təşəkkürümü bildirirəm. Mənim evimi özümə qaytardığı üçün Mehriban xanıma dünyanın ən gözəl neməti olan cansağlığı arzu edirəm".
Femida.az-ın məlumatına görə, bunu Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü Qurban Qurbanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı təşəkkür məktubunda deyib.
Məlumata görə, 2014-cü ildə həyat yoldaşı və oğlunun səhhəti ilə bağlı bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün girovda olan mənzilinə həbs qoyulan Qazax rayon sakini, Qarabağ müharibəsi əlili Qurban Qurbanov Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə məktubla müraciət edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili Qurban Qurbanovun Vətən uğrunda xidmətləri, hazırda üzərinə həbs qoyulan mənzilin ölkə Prezidenti tərəfindən verildiyini nəzərə alaraq onun banka olan borcunun dövlət hesabına ödənilməsinə dair müvafiq tapşırıq verib.
Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qurban Qurbanovun oğlunun müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Femida.az
Oxunub: 470
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olublar
- Mehriban Əliyeva: "Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!"
- İlham Əliyev və Mehriban Əliyeva Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
- Mehriban Əliyeva Konstitusiya Günü ilə əlaqədar paylaşım edib