Pişik sahibinin həyatını xilas etdi


19:31     01 Noyabr 2019 19_11_01_1572616315.jpg


ABŞ-ın Nyu-York ştatında pişik mənzildə baş verən yanğın zamanı yatan ev sahibini oyandıraraq həyatını xilas edib.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, Daniel Şafer beş il əvvəl küçədən götürüb saxladığı pişiyin yanğın zamanı onun üstünə atılaraq oyatdığını söyləyib. Qadın yuxudan oyanarkən mənzilin tüstü ilə dolduğunu və divarların alov aldığını görüb.

Şafer özünü mənzildən çölə ata bilsə də, pişik yoxa çıxıb. Yanğın söndürüldükdən sonra Kitti adlı pişik mənzildən boğulmuş halda tapılıb və müalicə üçün baytara aparılıb.

Qeyd edək ki, yanğın ümumilikdə doqquz mənzilə zərər verib.

Femida.az

Açar sözlər:

Oxunub: 620