Ölən erməni hərbçiləri valideynləri silsilə aksiyalara başlayır


19:53     01 Noyabr 2019 2019/11/erre_1572616531.jpg


Ermənistan Baş naziri Nikol Paşinyan bir həftə ərzində müxtəlif dövlət qurumlarına illərdir şikayət edən orduda ölən hərbi qulluqçuların valideynlərini qəbul etməzsə, onlar itaətsizlik aksiyalarına başlayacaqlar.


“16 aydır aldadılırıq. Paşinyan cinayət işinin yenidən başlanacağını vəd etdi, amma işimizdə heç bir müsbət dəyişiklik olmadı ”, - deyə 2013-cü il iyulun 30-da işğal altında olan Ağdərədəki hərbi hissədə qeyri-döyüş şəraitində ölən Arman Muradyanın atası Hovsep Muradyan bildirib.

Bir sıra pozuntulara işarə edən Hovsep Muradyan, artıq Paşinyana necə müraciət edəcəyini bilmir.

“Hüquqlarımızın bərpası üçün yenidən məhkəmələri gəzəkmi?”, - deyə o qeyd edib.

2018-ci ilin iyul ayında Muradyan oğlunun ölümü ilə bağlı cinayət işinə yenidən baxılması tələbi ilə Paşinyana müraciət edib. Paşinyanın göstərişi ilə Baş Prokurorluğa göndərilən müraciət, oradan da hərbi prokurorluğa göndərilib. Atasının sözlərinə görə, 20 yaşlı Armanın öldürülməsi, saxta məhkəmə nəticəsində intihar kimi qiymətləndirilib. Hərbi Prokurorluq cinayət işi ilə tanış olduqdan sonra müstəntiqlər Derenik İgityan və Sergey Tamrazyanın bir çox qanun pozuntularına yol verdiklərini nəzərə alaraq, onların cinayət əməllərinə rəy verilməsi üçün müraciəti Xüsusi İstintaq Xidmətinə göndərib. Cinayət işini araşdıran və müstəntiqlərin hərəkətlərində cinayət tərkibi tapmayan Xüsusi İstintaq Xidməti, cinayət işini bağlamaqla, xitam verilməsi qərarına gəlib və iş üzrə yeni cinayət işi açmaqdan imtina edib.

“Xüsusi İstintaq Xidmətinin hökmü ilə əlaqədar Baş Prokurorluğa müraciət etdik. Baş Prokurorluq qərarı məhkəməyə şikayət etməyimizə yol göstərdi. İrəvan Ümumi Yurisdiksiya məhkəməsi cinayət işini araşdıraraq, Xüsusi İstintaq Xidmətinin müstəntiqi Sergey Avetisyanın cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilməsinə dair qərar verdi. Sonra Baş Prokurorluq Ümumi Yurisdiksiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün Apellyasiya Məhkəməsinə şikayət edib. Xüsusi İstintaq Xidməti bizim üçün gözlənilmədən işi yenidən bağlamaq qərarına gəldi. 2019-cu il oktyabrın 18-də işə xitam verilməsi barədə yenidən qərar verilməklə, Apellyasiya məhkəməsi müstəntiqlərin qanunsuz qərarını ikinci dəfə ləğv edib.

İlkin istintaq orqanı Derenik İgityanın şəxsində cinayət işi çərçivəsində bir sıra saxtakarlıq və cinayətlər törətdiyinə dair bir çox faktı söylədik, məsələn, vurulduğu silah əsgərin hərbi biletində ona təhkim edilməyib. Ekspertin sözlərinə görə, ekspertizaya göndərilən silahların üzərində barmaq izləri yoxdur və müstəntiq Avetisyan cinayət tərkibi aşkar etməyib. Bundan əlavə, müstəntiq Sergey Tamrazyan oğlunun paltarlarını müsadirə edib və 22 nömrəli möhürlə möhürlənib, amma müayinə üçün göndərilən paltarların Derenik İgityana məxsus 25 nömrəli möhürlə möhürləndiyi aşkarlanıb. Sergey Tamrazyanın yazdığı və paltarı təsvir etdiyi yazı, mərkəzə müayinə üçün göndərilən paltarlardakı əlamətlərlə uyğun gəlmir. Cinayət işində çox sayda saxtakarlıq var”, - deyə əsgərin atası bildirib.

Başqa bir açıqlamada, Armanla dayaq məntəqəsində (postda) olan hərbi qulluqçuların hadisə günündən sonra 30 iyul-11 oktyabr tarixləri arasında Xankəndində saxlanıldığı qeyd olunub.

“Biz tələb etdikdə komandir Movses Hakobyan, əsgərlərin Xankəndində 7 gün saxlanıldığı barədə bir sənəd verdi. Bunu bildirdik, etiraz etdik, lakin Xüsusi İstintaq Xidməti bu pozuntunu da nəzərə almadı.

Xüsusi İstintaq Xidməti, hərbi ekspert Ruben Martirosyanın cinayət işi ilə yaxından tanış olmasına mane olmaq üçün, zərərçəkənin varisi kimi yox, bir şahid kimi qeydə alıb. Bizi nümayəndəmizin olması imkanından məhrum etdilər. Xərc çəkməliyəm ki, bir vəkil tutum”, - deyə ölən əsgərin atası Hovsep Muradyan bildirib. / ordu.az

Femida.az

Açar sözlər: #erməni  

Oxunub: 532