ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
22:12 01 Noyabr 2019
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və ona XİN-in etiraz notası təqdim edilib.
XİN-dən Femida.az-a verilən məlumata görə, notada ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz bildirilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd edilib. Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.
XİN, beynəlxalq birliyin mühüm və cavabdeh üzvü kimi ABŞ-ın BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qəti dəstəkləyərək, Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT TŞ-nin 1993-cü il tarixli məlum qətnamələrinin yerinə yetirilməsinə mühüm töhfə verəcəyini və münaqişənin həlli prosesinə mənfi təsir edəcək hər hansı addımdan çəkinəcəyini gözlədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.
Səfir Ö.Litzenberqer ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Dağlıq Qarabağdan səfər edən şəxslərin Vaşınqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın ATƏT-in Minsk Qrupu prosesini dəstəklədiyini və ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb.
Femida.az
Oxunub: 630
Oxşar xəbərlər
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var
- ABŞ-ın Yuta ştatı Azərbaycana dair bəyannamə qəbul edib
- ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
- ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub
- ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
- ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib
- ABŞ-ın lizinq şirkəti Rusiyada qalan 27 təyyarəni hesabdan siləcək
- ABŞ-ın İraqdakı bazasına raket hücumu olub
- ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib