Naxçıvanda 35 min yeni iş yeri açılıb


09:14     02 Noyabr 2019 naxcivan.jpg


Artan əhali tələbatına uyğun olaraq 2010-cu ildən 1 oktyabr 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikasında 35 min 449 yeni iş yeri yaradılıb.


Femida.az Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.

Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Sahibkarlığın inkişafı və səmərəli məşğulluq əhali gəlirlərinin artımını təmin etməklə yanaşı, xidmət sektorunun da inkişafına imkan yaradıb. Belə ki, 2009-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə informasiya və rabitə xidmətləri və nəqliyyat sektorunda yükdaşınması hər iki halda 1,8 dəfə, pərakəndə əmtəə dövriyyəsi 3,9 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,9 dəfə artıb.

Müqayisə olunan dövrdə yerli istehsalın inkişafını xarakterizə edən digər bir göstərici kimi ixrac 4,6 dəfə artıb, idxal isə 23,6 faiz azalıb.

Femida.az

Açar sözlər: #Naxçıvan  

Oxunub: 129